Lənkəranda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Lənkəranda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb
# 04 iyun 2018 00:44 (UTC +04:00)

Lənkəranda iki minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Cil kəndində qeydə alınıb.

Qəza zamanı Masallı rayon sakini, 1993-cü il təvəllüdlü Nahid Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə
Lənkəran rayonunun Cil kənd sakini, 1994-cü il təvəllüdlü Nehmət Sultan oğlu Nurullayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 2107"-in sərnişini, Lənkəran rayonunun Cil kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əhəd oğlu Babazadə müxtəlif dərəcəli xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O. Babazadəyə xəstəxanada tibbi yardım göstərilib.

Məlumata görə, qəza "Mercedes"in yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR