Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu PYD-YPG terrorçularından təmizləyib - YENİLƏNİB

Türkiyə Ordusu Suriyanın Tel-Rifat rayonunu PYD-YPG terrorçularından təmizləyib - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2018 13:34 (UTC +04:00)

Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Tel-Rifatdakı yerli mənbələr bildiriblər.

Tel-Rifat rayonu və Tel-Rifat şəhərinin hazırda Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusunun tam nəzarəti altında olduğu bildirilir.

***

14.04

Bu gün Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG terrorçularından təmizlənməsi ilə “Zeytun budağı” əməliyyatı başa çatacaq.

Qeyd edək ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rifat rayonu olacağını açıqlayıb. R. T. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınacaq və "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR