Azərbaycanda ovun qadağan edildiyi ərazilər açıqlanıb

Azərbaycanda ovun qadağan edildiyi ərazilər açıqlanıb
# 25 may 2018 10:02 (UTC +04:00)

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər, sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov qadağan edilib.

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib. O bildirib ki, Naxçıvanda ov fəaliyyəti qadağan edilib: "Naxçıvanda bunun müsbət tərəfləri özünü göstərməkdədir. Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə qismən yerli ovçuların, turistlərin maraqlarını nəzərə alırıq".

H. Əlizadə Azərbaycanda təxminən 20-25 min ovçunun olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR