Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Dekabr
# 03 dekabr 2016 17:07 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Dolların təsirindən qurtulmaq üçün dövlətlərarası ticarətdə milli valyutalardan istifadə cəhdi yenilik deyil. Hələ iki il öncə Rusiya BRİKS daxilində rubl və ya yuanın əsas valyuta kimi istifadəsini təklif etmişdi. Lakin hələ o zaman belə təklif reallaşmadı, çünki dövlətlərin xarici ticarət strukturunun fərqli olması buna imkan vermədi. Digər tərəfdən aparılan əməliyyatlar milli valyutalara tələbatı artırır və dövlətlər məcburən çap maşınını işə salmalıdır. Bu isə ölkədə qiymətlərin bahalaşmasına təsir göstərə, inflyasiya səviyyəsinin artmasına gətirib çıxara bilər. Türkiyəni də belə situasiya gözləyə bilər. Dünyanın ən təcrid olunmuş ölkəsi, məsələn, Şimali Koreya belə dollarla ticarətdən imtina edə bilmir, çünki dünyada hər şey yüksək dönərli valyutalarla alınıb-satılır. Türkiyə Rusiya, Çin və İranla lirə ilə əməliyyat aparmaqla xarici ticarətin istiqamətlərini birtərəfli edə bilər. Məsələn, bir şirkət Çinə satdığı məhsulun pulunu yuanla aldığına görə, həmin vəsaiti məsələn Avropa ölkələri ilə əlaqələrdə istifadə edə bilməyəcək. Bu baxımdan səslənən təklifin ciddi bir perspektivi görünmür. Ankaranın lirəyə təzyiqi azaltmaq üçün daha məqbul yolu var - daxili ticarətdə alqı-satqı əməliyyatlarını yalnız lirə ilə həyata keçirmək. Belə olarsa, ölkədə lirəyə tələbat artacaq və bu amil dolların təzyiqini azaltmış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR