Bərdədə 10 gündə 21 nəfəri it dişləyib

Bərdədə 10 gündə 21 nəfəri it dişləyib
# 11 sentyabr 2017 09:35 (UTC +04:00)

Bərdədə 13 yaşlı oğlanı it dişləyib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Güloğlular kəndində baş verib. Kənd sakini Köçərli Elşad Rəşad oğlu küçədə sahibsiz itin hücumuna məruz qalıb. Yaxınları E.Köçərlini Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ona ilkin yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata, son 10 gün ərzində 21 nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR