Tramp Putinlə görüşmək üçün Britaniyadan Finlandiyaya səfər edib

Tramp Putinlə görüşmək üçün Britaniyadan Finlandiyaya səfər edib
# 15 iyul 2018 22:38 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək məqsədi ilə rəsmi səfərdə olduğu Böyük Britaniyadan Finlandiyaya səfər edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iyulun 16-da Finlandiyada Tramp-Putin görüşünün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Tramp Londona rəsmi səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey və kraliça II Yelizaveta ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR