Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb

Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb
# 29 noyabr 2017 09:51 (UTC +04:00)

Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 27-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ramal Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərviz Hüseynovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR