Dövlət Departamenti: “İraqdakı bütün beynəlxalq qüvvələr ölkə rəhbərliyinin razılığı əsasında hərəkət etməlidirlər”

Dövlət Departamenti: “İraqdakı bütün beynəlxalq qüvvələr ölkə rəhbərliyinin razılığı əsasında hərəkət etməlidirlər”
# 12 oktyabr 2016 00:24 (UTC +04:00)

Bakı-APA. İraqdakı bütün beynəlxalq qüvvələr razılaşmalara uyğun olaraq və rəsmi Bağdadın razılığı əsasında hərəkət etməlidirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Mətbuatın son xəbərlərində Mosulun azad edilməsi əməliyyatında beynəlxalq qüvvələrin rolu barədə xeyli danışılır. ABŞ İraqın vahidliyi və suverenliyini dəstəklədiyini dəfələrlə bəyan edib. Bu baxımdan biz hesab edirik ki, bütün beynəlxalq qüvvələr yalnız İraq hökumətinin razılığı ilə ölkə ərazisində yerləşdirilməlidir və onunla əməkdaşlıq koalisiya çərçivəsində edilməlidir”, - deyə Kirbi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR