Zaqatala və Balakəndə körpələr evi–uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOSESSİYA

Zaqatala və Balakəndə körpələr evi–uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2015 20:21 (UTC +04:00)

Zaqatala-Balakən. Vüqar Heydərov-APA. Zaqatala və Balakəndə körpələr evi–uşaq bağçaları əsaslı təmirdən sonra yenidən verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 2012-ci ilin may ayında baş verən zəlzələdən sonra Zaqatala rayonunda da bir-sıra körpələr evi–uşaq bağçaları da yararsız hala düşmüşdü. Rayonun 3-cü Tala kəndində 1967-ci ildən fəaliyyət göstərən körplər evi-uşaq bağçası rayonun büdcə vəsaiti hesbına əsaslı bərpa olunub. İki qruplu, 35 körpə üçün nəzərdə tutulan bağça yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti, mətbəx mebeli ilə təmin edilib, həyət abadlaşdırılıb və uşaqlar üçün istirahət guşələri yaradılıb.

Rayon rəhbərliyinin iştirakı ilə keçirilən açılış mərasimində bildirilib ki, son bir neçə ildə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına rayonda zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında dövlət vəsaiti hesabına bərpa-gücləndirilmə işləri aparılaraq istifadəyə verilib. Qeyd edilib ki, bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə təqdim olunan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hazırda Zaqatala şəhərində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisi başa çatdırılıb. Bu bağçalar da yaxın vaxtlarda istifadəyə veriləcək.

Balakən rayonunun 2400 nəfər əhalisi olan Sarıbulaq kəndində körpələr evi–uşaq bağçası əsaslı təmirdən sonra bu gün yenidən istifadəyə verilib. İstifadəyə yararsız olan 40 yerlik bağça dövlət vəsaiti hesabına yenidən əsaslı bərpa və təmir edilib. Bağça hər cür müasir avadanlıqlarla təchis olunub. Burada balacaların təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə kameraları və müasir istilik sistemi quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR