Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub

Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub
# 09 sentyabr 2017 09:52 (UTC +04:00)

Bakıda avtomobillərdən oğurluq edən yeniyetmələr tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun “Hyundai” markalı skuterini və cari il martın 4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR