Mingəçevirdə avtobus 61 yaşlı kişini vuraraq öldürüb

Mingəçevirdə avtobus 61 yaşlı kişini vuraraq öldürüb
# 11 sentyabr 2017 10:24 (UTC +04:00)

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir-Aran avtomobil yolunda baş verib. "Mercedes" markalı sərnişin mikroavtobusu yolu keçən Mingəçevir şəhər sakini, 1956-cı il təvəllüdlü Kərimov İdris Nəbi oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İdris Kərimov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR