Xaçmazda iki maşın toqquşub

Xaçmazda iki maşın toqquşub
# 21 may 2018 08:22 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri - 1993-cü il təvəllüdlü Piroğlanov Heydər Şahbaba oğlu və 1990-cı il təvəllüdlü Hacımmədov Kənan Zaur oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR