Cari ilin iyul ayının 24-dən avqustun 1-dək Gürcüstan 7 784 ton şaftalı ixrac edib ki, bu da ötən ilin analoji göstəricisindən 69 faiz çoxdur.
APA-nın yerli bürosunun Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, ixrac olunmuş şaftalının 78 faizi Rusiya, 11 faizi Azərbaycan, 5 faizi isə Ermənistanın payına düşüb. Qazaxıstan və Ukrayna da gürcü şaftalısının idxalçıları arasındadır.
Gürcüstandan qeyd olunan dövr ərzində ixrac olunmuş şaftalının ümumi dəyəri 3 milyon dollar təşkil edib.