Səfir: “Britaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”

Səfir: “Britaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”
# 15 mart 2018 08:41 (UTC +04:00)

“Böyük Britaniya ATƏT-in Minsk qrupunun səylərini birmənalı şəkildə dəstəkləyir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Ermənistandakı səfiri Judit Farnuort Ermənistanda Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən konfransda deyib.

J. Farnuort bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün münaqişə tərəflərinin cəmiyyətlərində sülh və sülhün bərqərar olması imkanları barəsində fikir mübadiləsi zəruridir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR