Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatalada fındıq bağlarında yanğın olub
# 02 sentyabr 2017 19:47 (UTC +04:00)

Zaqatalada fındıq bağlarında yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR