Cəzaçəkmə müəssisələrində narkomaniya əleyhinə təbliğata dair Tədbirlər Planı təsdiq edilib

Cəzaçəkmə müəssisələrində narkomaniya əleyhinə təbliğata dair Tədbirlər Planı təsdiq edilib
# 29 dekabr 2016 13:58 (UTC +04:00)

Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair Tədbirlər Planı təsdiq edilib.

APA-nın məlumatına görə, Tədbirlər Planında narkotiklərin insan orqanizminə məhvedici təsiri barədə təbliğat tədbirlərinin keçirilməsi, tədbirlərdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə filmlərin nümayiş etdirilməsi, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

Eyni zamanda Tədbirlər Planında cəzaçəkmə müəssisələrində təbliğat yönümlü, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılması da əskini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR