Salyan sakinindən 6,6 kq narkotik götürülüb - YENİLƏNİB

Salyan sakinindən 6,6 kq narkotik götürülüb - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2017 15:50 (UTC +04:00)

Salyan sakinindən külli miqdarda tiryək və qurudulmuş marixuana götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən orada 4 ədəd kağız bükümdə, ümumi çəkisi 7,72 qram narkotik vasitə olan çətənə bitkisinin toxumları aşkar edilib.

Daha sonra evdə əməliyyat axtarışı zamanı mətbəxdən 1ədəd kağız bükümdə təmiz çəkisi 0,33 qram narkotik vasitə olan çətənə bitkisinin toxumu, 1 ədəd bıçaq, 4 ədəd patron aşkar edilərək götürülüb.

Yaşayış evinin 2-ci mərtəbəsindəki yataq otağında isə 3 ədəd polietilen kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 1305,0 qram, 1255,0 qram və 995,0 qram olmaqla ümumi çəkisi 3555,0 qram tiryək, yataq dəstinin altındakı şkafda 1 ədəd iri polietilen kisədə təmiz çəkisi 2370,0 qram olan qurudulmuş marixuana, həyətyanı sahədəki yardımçı tikilidə 14 kibrit qutusunda qablaşdırılmış 48,65 qram qurudulmuş marixuana, 1 ədəd kiçik polietilen torbada 89,79 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Onun “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından da qurudulmuş marixuana aşkar edilib. E. Məmmədovun evindən və avtomobildən ümumilikdə 6,603 qram narkotik vasitə götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

***

27 mart saat 16.28

Salyanda xeyli miqdarda narkotik vasitə aşkarlanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçala kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana aşkar edilərək götürülüb. Hazırda əməliyyatçılar saxlanılan şəxsin evində istintaq-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR