Əlil şəxslər 17 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

Əlil şəxslər 17 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub
# 02 avqust 2017 13:18 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 411 ədədini əlil arabası, 683 ədədini aşağı və yuxarı ətraf protezi, 1 056 ədədini aşağı və yuxarı ətraf ortezi, 341 ədədini bel və boyun nahiyəsi üçün korset, 5 236 ədədini müxtəlif reabilitasiya vasitələri, 754 ədədini dirsəkaltı ağac, 368 ədədini dördayaqlı dayaq vasitəsi təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 1 464 cüt protez ayaqqabı, 2 722 cüt ortopedik ayaqqabı, 477 cüt qoltuqaltı ağac, 1 008 ədəd əsa, 111 ədəd ortopedik aparat, 243 ədəd eşitmə aparatı və s. verilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 443 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.

Ümumilikdə yanvar-iyul aylarında 5 714 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 697 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Qeyd olunan dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 351 nəfər əlilliyi olan şəxs protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, habelə serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR