“Gənclər siyasəti haqqında” qanuna əlavə və düzəlişlər ediləcək

“Gənclər siyasəti haqqında” qanuna əlavə və düzəlişlər ediləcək
# 01 fevral 2017 09:25 (UTC +04:00)

“Gənclər siyasəti haqqında” qanuna əlavə və düzəlişlərin edilməsi planlaşdırılır. Gənclər və İdman Nazirliyi Milli Məclisin Gənclər və idman komitəsi ilə birgə işə başlayıb”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O qeyd edib ki, “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan təkliflər paketində “gənc alim” anlayışının təsbit edilməsi, gənclərin sahibkarlıqla məşğul olması ilə bağlı maddələr, gənclik və informasiya texnologiyaları ilə bağlı ayrıca təhsilin yaranması öz əksini tapıb: “Gördüyünüz kimi, qanuna xeyli əlavə və düzəlişlərin edilməsi planlaşdırılır. İşçi qrup səviyyəsində artıq bir sıra iclas keçirilib. Son qərar parlamentə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR