Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - YENİLƏNİB

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2018 13:11 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, 42-BP-409 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə 42-BA-223 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sərnişini - şəhər sakini, 1959-cu il təvəllüdlü Sevinc Tağı qızı Əsgərova xəsarət alıb.

S. Əsgərova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

*** 14.24

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

APA-nın cənub bürosunun məlumatına görə, qəza zamanı VAZ-2107 markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan var. Həmin şəxs Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR