Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb
# 10 oktyabr 2016 21:33 (UTC +04:00)

Bakı-APA. DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə qarşılaşacaq milli komandamızın heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Robert Prosineçki mətbuat konfransında ilk “11-liy”i elan edib.

O bildirib ki, kapitan Rəşad Sadıqovun Çexiya ilə görüşdəki iştirakı bugünkü məşqdən asılıdır: “Qapıda Kamran Ağayev olacaq. Müdafiənin sağ cinahında Məhəmməd Mirzəbəyov, solunda Arif Daşdəmirov, mərkəzdə isə Maksim Medvedev və hazır olsa, Rəşad Sadıqov yer alacaq. Əgər Rəşad zədəsi ilə bağlı oynaya bilməsə, onu Bədavi Hüseynov əvəzləyəcək. “11-lik”də həmçinin Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Namiq Ələsgərov və Ramil Şeydayev olacaq”.

Qeyd edək ki, Çexiya – Azərbaycan matçı sabah Ostrava şəhərinin “Vitkovitse” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR