Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb
# 19 noyabr 2016 08:00 (UTC +04:00)

“Hazırda Səhiyyə Nazirliyi Elmi - Praktik Hemofiliya Mərkəzində 1542 xəstə dispanser qeydiyyatdadır”.

APA-nın xəbərinə görə, Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirib ki, onlara lazımi tibbi yardımlar göstərilir. Onun sözlərinə görə, hemofiliyalı xəstələrin sayı 2012-ci ildə 916, 2007-ci ildə 1140 nəfər olub: "Hemofiliyalı xəstələrin 112-si 1-5 yaş, 207 nəfəri isə 5-15 yaş arasındadır. Bu da o deməkdir ki, hemofiliyalı xəstələrin beşdə biri uşaqdır. Bundan əlavə, xəstələrin 1103-ü Hemofiliya A, 132 nəfəri Hemofiliya B formasından əziyyət çəkir".

E. Qədimova qeyd edib ki, ötən illər ərzində Azərbaycanda hemofiliyalı xəstələri müalicə forması dəyişib. 2008-ci ildə hemofiliyalı xəstələrin 577 nəfəri stasionar, 980 nəfəri ambulator müalicəyə cəlb olunmuşdusa, 2016-cı ildə 108 nəfər stasionar, 2429 nəfər ambulator müalicə alır. Hər il hemofiliyalı xəstələr üzərində müxtəlif kiçik və böyük əməliyyatlar aparılır. 2012-ci ildə hemofiliyalı xəstələrin 31-də, 2016-cı ildə isə 23 nəfərdə böyük əməliyyatlar olub. Hemofiliyalı xəstələr üzərində nadir əməliyyatlar da həyata keçirilib. Xəstələrdən birinin stomatoloji əməliyyatla 8 dişi əkilib. Milli Onkologiya Mərkəzində ağır xəstəmizin sağ ayaq darağında sümük implantasiyası əməliyyatı icra olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR