"Fitch": Suveren reytinqlərin 21%-i üzrə proqnoz neqativdir

"Fitch": Suveren reytinqlərin 21%-i üzrə proqnoz neqativdir
# 26 yanvar 2017 06:55 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya üzrə ÜDM-in 2,9%-dək artacağını proqnozlaşdırır. "APA-Economics" "Fitch"in yaydığı məlumata istinadən xəbər verir ki, 2016-cı ildə qlobal ÜDM 2,5% artıb.


Məlumatda bildirilir ki, ABŞ iqtisadiyyatına yatırılan investisiyaların artması, inkişaf etmiş ölkələrin mərkəzi banklarının yumşaq pul-kredit siyasəti, Braziliya və Rusiyanın böhrandan çıxması qlobal iqtisadi artımın sürətlənməsinə səbəb olacaq.

Buna baxmayaraq agentliyin analitikləri qeyd edir ki, bu il Avrozonanın iqtisadi artımı ötən ilki 1,6%-dən 1,4%-dək geriləyəcək, Çində isə ÜDM-in 6,7%-dən 6,4%-dək azalacağı proqnozlaşdırılır.

"Fitch" qeyd edir ki, suveren reytinqlərin 21%-i üzrə proqnoz neqativdir və bu göstərici rekord hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR