Arzu Rəhimov Türkiyənin hərbi attaşesi ilə görüşüb

Arzu Rəhimov Türkiyənin hərbi attaşesi ilə görüşüb
# 03 noyabr 2016 15:09 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Zafer Ocak ilə görüşüb.

Xidmətdən APA-ya verilən məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Xidmət rəisi ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasında hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən Zafer Ocak ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR