Bakıda avtomobil motosikletlə toqquşub, ölən var

 Bakıda avtomobil motosikletlə toqquşub, ölən var
# 05 sentyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 02 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Mehman Qədimovun idarə etdiyi “Suzuki” markalı motosiklet toqquşub. Nəticədə M.Qədimov hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR