Millət vəkili: “Bəziləri Stepan Şaumyanın müdafiəsinə qalxdılar”

Millət vəkili: “Bəziləri Stepan Şaumyanın müdafiəsinə qalxdılar”
# 30 mart 2018 10:35 (UTC +04:00)

“Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı təəssüf ki, Azərbaycanın içərisində dövlətçiliyimizə qarşı, iqtidara qarşı olan bəzi qüvvələr Şaumyanın tərəfinə keçib onu müdafiə etdilər".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim Yaqub Mahmudov bildirib.

”Araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb. Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəziləri dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”, - deyə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR