"AGBank"ın əsas maliyyə göstəriciləri azalıb, kredit portfelinin 40%-i problemlidir

"AGBank"ın əsas maliyyə göstəriciləri azalıb, kredit portfelinin 40%-i problemlidir
# 14 noyabr 2016 12:39 (UTC +04:00)

2016-cı il III rübündə "AGBank" ASC-nin cəmi aktivləri 506,708 mln. manat təşkil edib ki, bu da II rübün göstəriciləri ilə müqayisədə 12,6% azdır. "APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 13,5% azalaraq 295,089 mln. manat olub.

Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi isə 118,253 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 40%-i deməkdir.

Bankın öhdəlikləri isə hesabat dövrünün sonuna 439,993 mln. manat olub. Depozit portfeli II rüblə müqayisədə 25,6% azalaraq 210,860 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 145,702 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 1,65% azalma deməkdir.

Hesabat dövründə “AGBank”ın məcmu kapitalı 12% azalaraq 66 mln. 814,953 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR