Bu ilin yanvar-iyun aylarında BTC ilə 18 mln. ton xam neft ixrac olunub

Bu ilin yanvar-iyun aylarında BTC ilə 18 mln. ton xam neft ixrac olunub
# 10 avqust 2015 14:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, I yarım il ərzində BTC vasitəsilə təqribən 18 mln. ton (135 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 188 tankerə yüklənib.

1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,23 mlrd. barel (298 mln. ton) xam neft Ceyhanda təxminən 2 940 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 73 mln. ABŞ dolları, əsaslı xərclərə isə 15 mln. ABŞ dolları xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR