“Kapital Bank” I rübü 31 mln. manat mənfəətlə başa vurub

“Kapital Bank”  I rübü 31 mln. manat mənfəətlə başa vurub
# 12 aprel 2017 10:38 (UTC +04:00)

“Kapital Bank”ın aktivlərinin həcmi 2017-ci ilin I rübündə 3 132,313 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,15% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,04% azalaraq 1 215,823 mln. manat olub.

Bankın depozit portfeli bu ilin aprelin 1-nə 2 mlrd. 106,259 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9,9% çoxdur.

Müqayisə olunan dövrdə bankın məcmu kapitalı 12,69% artaraq 294,148 mln. manat olub.

Bu ilin aprelin 1-nə bankın gəlirləri 103, 058 mln. manat, xərcləri 58,972 mln. manat təşkil edib.

Bank I rübü 30 mln. 793 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR