Bakıda Qarabağ haqqında qısametrajlı filmin təqdimatı olub

Bakıda Qarabağ haqqında qısametrajlı filmin təqdimatı olub
# 24 yanvar 2017 09:58 (UTC +04:00)

Bu gün Bakıda "Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah" qısametrajlı filminin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, film Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə vəsaiti və "ARB 24" telekanalının texniki köməkliyi ilə çəkilib.

ASGA sədri Səbuhi Abbasov bildirib ki, film 3 ay davam edən layihə çərçivəsində hazırlanıb: "Film olduqca maraqlı süjetə malikdir. Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunan filmdə bir çox tanınmış şəxslərdən müsahibələr alınıb. Filmin həm regionlarda, həm də slavyan ölkələrində təqdimatı nəzərdə tutulub. Eyni zamanda, filmin daha geniş coğrafiyada yayımlanması üçün xüsusi proqram hazırlamışıq. Bundan başqa, 26 fevral Xocalı faciəsinin ildönümünədək filmin rus, ingilis və türk dillərində versiyaları hazırlanacaq".

Sonra film nümayiş etdirilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu cür filmlər gələcəkdə xarici ölkələrin auditoriyaları üçün də hazırlanmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR