DTX-da faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib

DTX-da faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilib
# 05 may 2018 12:14 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

DTX-dan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.

Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veriblər.

Çıxış edən natiqlər bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.

Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul nümayəndəsi Akademiyanın zabit və kursantlarına təlim-tədrisdə əldə etdikləri nailiyyətlərə görə təşkilatın sədrinin imzası ilə fəxri fərmanları təqdim edib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR