Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunub

Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunub
# 14 fevral 2017 06:12 (UTC +04:00)

YAP Binəqədi rayon təşkilatının inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, tədbirdə RİH başçısının birinci müavini İlqar Süleymanov, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH başçısı Aparatının şöbə müdirləri, Milli qəhrəman Mirzə Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin müavinləri, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil müəssisələrinin ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.

Xidmətin “Səfərbərlik marşı” filmi nümayiş ediləndən sonra çıxışlar olub. Natiqlər bildiriblər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb. Ötən il aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiqləyib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin bir qrup əməkdaşı təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR