Dini ekstremizmlə məşğul olan qurumlar məhkəmə qaydasında ləğv ediləcək

Dini ekstremizmlə məşğul olan qurumlar məhkəmə qaydasında ləğv ediləcək
# 12 oktyabr 2016 12:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan “Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.



Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR