Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib
# 22 fevral 2017 13:28 (UTC +04:00)

Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov prezidentin müvafiq fərmanı ilə yaradılmış şuranın fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıda hələ bir çox mühüm vəzifələrin dayandığını bildirib.


Toplantıda BMT ilə Azərbaycan hökuməti arasında sıx işbirliyinin olduğu vurğulanaraq bu ilin iyul ayında nəzərdə tutulmuş BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması prosesi barədə Milli Əlaqələndirmə Şurasının sədr müavini, iqtisadiyyat naziri Şahin Mustafayevin təqdim etdiyi məlumat müzakirə edilib. Qeyd olunub ki, xüsusilə ərzaq təhlükəsizliyi, səhiyyə, sağlam həyat, gender bərabərliyi və digər məqsədlər ətrafında ciddi hazırlıq işləri aparılmalıdır.

İclasa yekun vuran Ə. Əhmədov Milli Əlaqələndirmə Şurasının Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilkin hesabatının nəzərdə tutulan vaxtda hazırlanması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR