Bakıda tikintisi başa çatmamış binada yanğın olub

Bakıda tikintisi başa çatmamış binada yanğın olub
# 02 yanvar 2017 07:06 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları və 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 m2 sahədə (ümumi 144 m2) yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR