İmişli sakinindən heroin götürülüb

İmişli sakinindən heroin götürülüb
# 05 may 2018 08:25 (UTC +04:00)

İmişlidə əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Akif Cəlal oğlu Şirinovun yaşadığı evdən ümumi çəkisi 18,570 qram narkotik vasitə olan heroin aşkar edilib.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR