Azərbaycanda 45 yaşlı kişi özünü yandırıb

Azərbaycanda 45 yaşlı kişi özünü yandırıb
# 12 oktyabr 2016 13:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şirvan sakini intihara cəhd edib.

APA-nın məlumatına görə, 1971-ci il təvəllüdlü Elşad Rafiq oğlu Kərimov üzərinə tezalışan məhlul tökərək özünü yandırıb.

Hadisə yerində olan şəxslər yanğını söndürüb və o, dərhal şəhər xəstəxanasına yerləşdirilib.

E. Kərimovun vəziyyəti ağır olduğu üçün daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR