Milli Məclisin deputatı ATƏT PA sessiyasında məruzə edib

Milli Məclisin deputatı ATƏT PA sessiyasında məruzə edib
# 05 oktyabr 2017 13:58 (UTC +04:00)

“Dinamik inkişaf edən dünyada sabitlik və inkişafın əldə edilməsində təhsil son dərəcədə mühüm rol oynayır .Yüksək keyfiyyətli təhsil bu və ya digər cəmiyyətin tərəqqisini şərtləndirən amilə çevrilib. Məhz buna görə, təhsilə yatırılmış sərmayələr həm bir fərd kimi insanın inkişafına, həm də bütöv cəmiyyətin çiçəklənməsinə yatırılmış vəsait olur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov təşkilatın payız sessiyasında “İnsan ölçüsü: sabitliyin və inkişafın təminatçısı kimi təhsilin dəstəklənməsi” adlı məruzəsində deyib. O bildirib ki, Azərbaycanda təhsilə prioritet diqqət ayrılır: "Hər il yeni məktəblərin tikintisinə və təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsinə dövlət büdcəsindən böyük vəsait ayrılır. 2004-cü ildən başlayaraq 3 mindən çox məktəb inşa edilib və ya yenidən qurulub. Ölkə əhalisinin savadlılıq dərəcəsi 100%-ə çatmaq üzrədir. Eyni zamanda, minlərlə gənc dövlət hesabına Avropa və Amerikanın adlı-sanlı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb. Paralel şəkildə, təhsil sahəsində müvafiq standartların modernləşdirilməsini hədəfləyən islahatlar aparılır. Beləliklə, Azərbaycan təbii resursların istismarından əldə etdiyi vəsaitləri insan resurslarına yönəldir. Bununla da biz gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq".

Deputat qeyd edib ki, bu gün ATƏT məkanında sabitlik və inkişaf məsələləri xüsusi önəm daşıyır: "Güman edirəm ki, ATƏT-in səylərinin təhsil sahəsində cəmləşdirilməsi münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı bərpa və barışıq üçün təminat ola bilər. İnsan hüquqlarına riayət edilməsi ATƏT məkanında bütün qurumlar üçün ümumi qəbul edilmiş bir öhdəlikdir. Mən hər kəsi gənc və təhsilli yeni nəslin tərbiyə edilməsinə töhfə verməyə çağırıram. Fürsətdən istifadə edərək 5 oktyabr - Dünya müəllimlər günü münasibətilə bizə təhsil vermiş hər kəsi təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR