Kürdəmirdə baş verən yol qəzasında 6 iribuynuzlu heyvan tələf olub - VİDEO

Kürdəmirdə baş verən yol qəzasında 6 iribuynuzlu heyvan tələf olub - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 11:46 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda baş verən yol qəzasında 6 iribuynuzlu heyvan tələf olub. APA - nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Ağsu – Kürdəmir –İmişli yolunun 55-ci kilometrliyində, Kürdəmir rayonun Çöl-Ərəb kəndində qeydə alınıb. İmişli rayon sakini, 49 yaşlı Baxışov Əflatun Kərimxan oğlu idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən qarşısına çıxan Kürdəmir rayon sakini, Şükürov Rafael Səməd oğluna məxsus 6 baş camışı vuraraq öldürüb. Hadisədən sonra maşının idarəetməsini itirən sürücü onu yoldan çıxararaq aşırıb. Sürücü heç bir xəsarət almayıb. Hadisənin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR