Azərbaycana gözün buynuz qişası Səhiyyə Nazirliyinin xüsusi icazəsi əsasında gətiriləcək

Azərbaycana gözün buynuz qişası Səhiyyə Nazirliyinin xüsusi icazəsi əsasında gətiriləcək
# 30 mart 2017 13:27 (UTC +04:00)

"Gözün buynuz qişasının Azərbaycana idxalına icazə verilməsi çox vacib addım olacaq".

APA-nın məlumatına görə, bunu gözün buynuz qişasının Azərbaycana xüsusi icazə əsasında gətirilməsini nəzərdə tutan “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan bilən və dövriyyədə omasına xüsusi icazə əsasında yol verilən (mülki dövryiyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara dəyişikliklər barədə layihəyə münasibət bildirən Milli Məlisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Ə. Əmiraslanov gözün buynuz qişasının Azərbaycana Səhiyyə Nazirliyinin xüsusi icazəsi əsasında gətiriləcəyini söyləyib.

Gömrük Komitəsinin şöbə müdiri Sənan Muxtarov deyib ki, xüsusi icazə olduğu halda ölkəyə gözün buynuz qişasının idxalı mümkün olacaq: “Mən də düşünürəm ki, bununla bağıl xüsusi icazəni Səhiyyə Nazirliyi verəcək. Gömrük Komitəsi bu qanunların qəbul olunmasını dəstəkləyir. Bu qanunların Milli Məclisdə qəbulundan sonra dövlət başçısının müvafiq fərmanlarına, aidiyyəti qanunlara da dəyişikliklər ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR