Azərbaycanda qızıl istehsalı 14% azalıb

Azərbaycanda qızıl istehsalı 14% azalıb
# 17 oktyabr 2016 15:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 451,8 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci səkkiz ayı ilə müqayisədə 13,7% azdır.

Nəticədə bu ilin oktyabrın 1-nə 52,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 9 ayı ərzində ölkədə 273,3 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,7 dəfə çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 6,9 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR