Quba sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

Quba sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb
# 11 oktyabr 2017 20:48 (UTC +04:00)

Quba rayonunda bədbəxt hadisə qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tüləkəran kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Nəzərov Nicat Zakir oğlu ağacdan yıxılıb.

Ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR