Robert Prosineçki: “İstədiyimiz oyunu göstərə bilmədik"

Robert Prosineçki: “İstədiyimiz oyunu göstərə bilmədik"
# 02 sentyabr 2017 00:31 (UTC +04:00)

“İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, komandam son oyunlardakı çıxışını göstərə bilmədi. Rəqibdə daha çox istək var idi, bizdən üstün idilər. Bu gün bizim günümüz deyildi”.

Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın Robert Prosineçki deyib.

Oyundan sonra jurnalistlərin suallarını cavablandıran xorvatiyalı mütəxəssis matçı şərh edib: “Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyə bizdən çox layiq idilər. Çoxlu səhvlərə yol vermişik və asanlıqla toplar itirmişik. Qolları penaltidən və avtoqolla buraxdıq. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komanda bağışlamır. Bizim də qol şanslarımız var idi. Amma istədiyimiz oyunu komandam sərgiləyə bilmədi".

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Norveçlə qarşılaşan yığmamız 0:2 hesablı məğlubiyyətə üzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR