Lənkəranda iki yol qəzasında dörd piyada xəsarət alıb

Lənkəranda iki yol qəzasında dörd piyada xəsarət alıb
# 05 dekabr 2016 18:15 (UTC +04:00)

Lənkəranda 4 piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə bu gün axşam saatlarında, şəhərin Səttarxan küçəsində alınıb.

"Opel Astra" markalı, 06 BD 375 dövlət nömrə nişanlı minik avtomobili yolda hərəkətdə olan piyadaları, Lənkəran şəhər sakinləri, 1985-ci il təvəllüdlü Vüsalə Hüseynovanı və onun oğlu, 2007-ci il təvəllüdlü Elnur Hüseynlini vurub. Hər iki zərərçəkmiş Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Avtomobilin sürücüsü isə aradan çıxıb. Xəsarət alan ana və oğluna zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabil qiymətləndirilir.

İkinci hadisə də bu gün axşam saatlarında rayonun Ləj kəndi ərazisində qeydə alınıb. Hadisəni törətmiş "Mercedes" markalı avtomobilsürücüsü vurduğu iki piyadanı dərhal xəstəxanaya çatdırıb. Burada onlar ilkin müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Hər iki faktla bağlı müvafiq araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR