Qəbələdə iki minik avtomobili toqquşub, iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Qəbələdə iki minik avtomobili toqquşub, iki nəfər ölüb, üç nəfər xəsarət alıb
# 27 noyabr 2017 07:04 (UTC +04:00)

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə rayonun Zarağan kəndi ərazisində qeydə alınıb. “Toyota” markalı avtomobil “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsü Sirus İsmayılov və sərnişini Rufan Səmədov hadisə yerində dünyasını dəyişiblər.

Qəza nəticəsində “Toyota”da olan 3 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR