Ucarda iki avtomobil toqquşub

Ucarda iki avtomobil toqquşub
# 03 noyabr 2016 14:28 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Mətləb Müslüm oğlu Ağayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Murad Əlisahib oğlu Əliyevin idarə etdiyi "Lifan" markalı maşın toqquşub. Nəticədə "Mercedes"in sürücüsü aldığı xəsarətlə Ucar, "Lifan"ın sürücüsü isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR