ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb
# 14 oktyabr 2016 03:20 (UTC +04:00)

Bakı-APA. ABŞ-nın cənub-şərq hissəsində tüğyan edən “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

APA-nın CBSN telekanalına istinadən verdiyi xəbərə görə, ən çox ölüm halları Şimali Karolina ştatında qeydə alınıb. Orada oktyabrın 7-dən bu vaxtadək 22 nəfər təbii fəlakətin qurbanı olub.

Qasırğanın ABŞ ərazisini beş gündür tərk etməsinə baxmayaraq, 43 700 istehlakçı hələ də işıqsız qalmaqdadır. Bir neçə yaşayış məntəqəsi tamamilə su altında qalıb.

Qeyd edək ki, “Metyu” 2007-ci ildən bu vaxtadək Atlantik okeanda baş verən ən güclü qasırğadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR