Zaqatala sakinindən narkotik götürülüb

Zaqatala sakinindən narkotik götürülüb
# 23 dekabr 2016 06:06 (UTC +04:00)

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Musa İsmayıl oğlu Qocayev şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb. M. Qocayevdən 9,3 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.


Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR