Səyyar ASAN xidmət Şəki, Salyan və Yardımlı rayonlarında xidmətə başlayıb

Səyyar ASAN xidmət Şəki, Salyan və Yardımlı rayonlarında xidmətə başlayıb
# 22 iyul 2015 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 22 iyul - 5 avqust tarixlərində Səyyar ASAN xidmət Şəki şəhərində Şəki və Oğuz, Salyan şəhərində Salyan və Şirvan, Yardımlı rayonunda isə Yardımlı və Masallı sakinlərinə səyyar formada xidmət göstərəcək. “ASAN xidmət”in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR