Kvirikaşvili: “Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”

Kvirikaşvili: “Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”
# 23 yanvar 2018 17:09 (UTC +04:00)

“Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

Baş nazirin sözlərinə görə, ərazi bütövlüyü əsas məsələdir və şübhə altına alınmamalıdır: “Əks halda biz yalnız regionda deyil, bütün dünyada xaos əldə etmiş olarıq”.

G.Kvirikaşvili deyib ki, Gürcüstanın Qərbə meylliyi ilə bağlı siyasəti nə Rusiya, nə də digər qonşu ölkələrə qarşı yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR